Polşa səfirliyi milli viza üçün müraciətlərin qəbulunu dayandırır

Polşa səfirliyi milli viza üçün müraciətlərin qəbulunu dayandırır

Polşanın Azərbaycandakı səfirliyi milli viza üçün müraciətlərin qəbulunu dayandırır.

EdNews-un xəbərinə görə bu barədə Səfirliyin "Facebook" səhifəsində məlumat verilib.

“Konsulluq və Polşa Diasporası Bölməsi bildirir ki, 30 mart tarixindən etibarən COVİD-19 koronavirus təhlükəsi səbəbindən müştərilərin və milli viza üçün müraciətlərin qəbulu dayandırılır. Şengen vizaları üçün müraciətlər təcili və təxirəsalınmaz hallarda (konsulun qərarı ilə) qəbul ediləcək”, - deyə səfirliyin məlumatında deyilir.(apa)

Mənbə: ednews.net