Azərbaycan mediası karantin vəziyyətində - Müşfiq Ələsgərli: Çox təəssüf ki,..

“Azərbaycanınpeşəkar mediası karantin vəziyyətində özünü çox yaxşı təqdim edir. Buraya həm ənənəvi,həm də onlayn media daxildir”.

BunuModerator.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlarİttifaqının sədri Müşfiq Ələsgərli ölkədə pandemiyaya qarşı görülən tədbirlərdəmətbuatın rolundan danışarkən deyib. Onun sözlərinə görə, istər əhalininmaariflənməsində, düzgün informasiya çatıdırlmasında, istərsə də yersizpanikanın qarşısının alınmasında mətbuat dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıqşəraitində özünü yaxşı göstərir.

Müşfiq Ələsgərlihesab edir ki, belə məsələlər ortaya çıxanda hər zaman olduğu kimi, yenə də dahaçox sosial medaida süni panikanın yaranmasına xidmət edən nümunələrə rast gəlinir:“Onların monitorinqi göstərir ki, belə profillərin çoxu ölkə xaricindən idarəedilir. Lakin təəssüf ki, ölkə daxilində müəyyən qüvvələrə xidmət edən şəxslərdə ya bilərəkdən, ya da bilməyərəkdən onların bu kampaniyasına qoşulurlar. Lakin bütövlükdə Azərbaycanjurnalistikası öz işinin öhdəsindən yaxşı gəlir”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

HR Option MMC koronavirus fonduna - İANƏ AYIRDI

SONRAKI XƏBƏR

Nəsrin uşaqlıq fotosunu paylaşdı: "Bakıda sərbəst gəzdiyimiz illər"