Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: Ayaqyolunadək…

Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: Ayaqyolunadək…

İllər öncə Ceyhun Həsənov 1-ci müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən sayda çoxsaylı qanunsuzluqlara imza atır...

Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunan​ Quliyev Məhərrəm Böyükağa oğlunun ötən illər ərzində göstərdiyi müəmmalı fəaliyyəti, bu gün də daha çox söz-söhbətə səbəb olan, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir.

Bununla bağlı cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalara, bəzi çevrələrdə dolaşan söz-söhbətlərə görə, Goranboya lazımınca bələd olmayan yeni icra başçısı ilk gündən köhnə kadrlarla işləyə bilməyəcəyini bəyan edir. Elə ki, günlər keçir o halda Məhərrəm Quliyev ciddi kadr problemi ilə üz-üzə qalır. Belə olan halda o, özünün həmyerlisi olan, hal-hazırda Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun məsləhətlərinə qulaq asmalı olur. Yəni, adı çəkilən şəxs ona bildirir ki, “Vaxtilə mənimlə və məndən sonrakı icra başcıları ilə də işləmiş bəzi kadrlardan istifadə et. Ələxüsus, kecmiş 1-ci müavin Ceyhun Həsənovu tap və onun imkanlarından yararlanmağa çalış” deyə, Məhərrəm Quliyevə öz məsləhətlərini verir. Çox keçmir ki, “ağsaqqal” bildiyi bu şəxsin məsləhətinə qulaq asan icra başçısı, dərhal Ceyhun Həsənovu tapır və çox keçmir ki, Goranboy rayon İcra Hakimyyəti Aparatında illər öncə bu şəxsin üzünə bağlı qalan qapılar “taybatay açılır”.

Mənbə: pia.az