Məşhur Qreta da koronavirusa görə KARANTİNƏ ALINDI

Məşhur Qreta da koronavirusa görə KARANTİNƏ ALINDI

Məşhur iqlim aktivisti Qreta da karantinə alınıb.

Sonxeber.az xəbər verir ki, "Time" jurnalı tərəfindən "İlin adamı" seçilən və iqlim araşdırmaları haqqında danışan 17 yaşlı Qreta Thunberg, koronavirus əlamətləri olduğuna görə atası ilə karantində olduğunu açıqlayıb.

"10 gün əvvəl bədənimdə bəzi simptomların olduğunu gördüm. Bu, atamla Brüsselə səfərimdən sonra baş verdi. Yorğunluq, boğaz ağrısı, öskürək və üşütmə kimi simptomlar... Atamın da vəziyyəti eyni idi və qızdırması da var idi. Xahiş edirəm, özünü yaxşı hiss etməyən hər kəs izolyasiya qaydalarına əməl etsin" deyə Qreta bildirib.

Fəridə Ağazadə

Mənbə: sonxeber.az