Amerikalı İrəvana gəldi, koronavirusa yoluxdu: vəziyyəti kritikdir - Paşinyan

Amerikalı İrəvana gəldi, koronavirusa yoluxdu: vəziyyəti kritikdir - Paşinyan

Artıq 290 diaqnozda koronavirus infeksiyası var və iki xəstənin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir. Onlardan biri ABŞ vətəndaşıdır, erməni deyil. İkincisi isə Ermənistan vətəndaşıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri martın 26-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hər iki xəstənin 75-dən yuxarı yaşları var. Onlar hazırda reanimasiya şöbəsindədir.

“Artıq 18 sağalma hadisəmiz var. Təxminən 100 vətəndaş təcrid rejimindən çıxıb. Diaqnozlarının nəticələri mənfi olub. Bu gün biz sağalma və təcrid haqda informasiya gözləyirik” deyə Paşinyan əlavə edib.

Mənbə: konkret.az