İspaniyada fövqəladə hal vəziyyəti uzadıldı

İspaniyada fövqəladə hal vəziyyəti uzadıldı

Eastnews.org-un verdiği xəbərə görə, İspaniya Parlamentində koronavirusla bağlı növbədənkənar iclas keçirilib.

İclasda ölkədəki fövqəladə vəziyyət müddəti müzakirə olunub.

Deputatların əksəriyyəti ölkədə fövqəladə vəziyyət müddətinin uzadılması barədə səs veriblər.

Qeyd olunub ki, İspaniyada koronavirus səbəbilə fövqəladə vəziyyət müddəti 11 aprel tarixinə qədər uzadılıb.

Mənbə: eastnews.org