Pentaqon Əfqanıstandan başqa ABŞ-ın bütün hərbi köçürmələrini dayandırıb

Eastnews.org-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları koronavirusun yayılmasına görə 60 gün ərzində hərbi köçürmələrini dayandırdığını açıqlayıb.

Bu barədə "ABCNews" saytı məlumat yayıb.

Məlumata görə, bununla bağlı ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, koronavirus epidemiyasının kəskin yayılmasına görə ABŞ ordusu 60 gün ərzində bütün hərbi köçürməlirini dayandırıb. Bu qərar Əfqanıstanda yerləşdirilmiş qoşunlara aidd deyil. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına təsir etməyəcək.
Açıqlamada ABŞ-ın bütün xarici hərbi səfərlərinin və köçürmələrinin dayandırmaqda məqsəd virusun yayılmasının qqarşısını almaq olduğu bildirilib.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

İspaniyada fövqəladə hal vəziyyəti uzadıldı

SONRAKI XƏBƏR

Koronavirusa ilk yoluxan adamın adı bəlli oldu: "Bazarda xərçəng satırmış..."