Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi

Rumıniyanın səhiyyə naziri Viktor Kostaçe ölkədə yayılan koronavirus pandemiyası (COVID-19) səbəbindən istefa verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin yeni naziri vəzifəsinə onun müavini Nelu Tataru təyin edilib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqına üzv olan ölkələrdəki xəstəxanalarda tibb işçiləri üçün qoruyucu vasitələrin azlığı son zamanlar müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, martın 16-da fövqəladə vəziyyət elan edilən Rumıniyada bu günə qədər 906 koronavirusa yoluxma faktı qeydə alınıb, 13 nəfər dünyasını dəyişib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronavirusa yoluxmuş beş nəfər sağaldı - RƏSMİ

SONRAKI XƏBƏR

YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı FOTOLAR