Avropa Parlamentinin işçisi KORONAVİRUSDAN ÖLDÜ

Avropa Parlamentinin gənc üzvü bir neçə gün əvvəl koronavirusdan ölüb.

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə təcili plenar iclasın açılışında çıxış edən AP-nin rəhbəri David Sassoli deyib:"Bir neçə gün əvvəl bu dəhşətli virus bizə çox yaxınlaşdı. Avropa Parlamentində bizimlə birlikdə işləyən bir gənci, həyatı aldı. Cankarlo ailəsinə, eləcə də koronavirus nəticəsində ölən bütün insanların ailələrinə dərin hüznlə başsağlığı veririk".
 

News24.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada fövqəladə situasiya - VİDEO

SONRAKI XƏBƏR

Səhiyyə naziri koronaya görə istefa verdi