Çinli milyarder Rusiyaya koronavirus ilə mübarizədə kömək etdi

Dünyanın ən böyük alış-veriş saytlarından biri olan "Alibaba"nın qurucusu Cek Ma koronavirusa qarşı mübarizədə Rusiyaya kömək edib.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük alış-veriş saytlarından biri olan və Rusiyada da fəaliyyət göstərən" Alibaba"nın Yardım Xeyriyyə Fondu ölkəyə böyük bir ianə hazırlayıb.

Belə ki, Fondun verdiyi açıqlamada, "Alibaba"nın qurucusu Cek Manın göstərişi ilə maskalar, koronavirus test dəstləri və çox sayda tibbi ləvazimatın Rusiyaya göndərildiyi ifadə edilib.

F. Ağazadə

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Koronaya meydan oxuyan motal pendirinə tələbat artdı-FOTOLAR

SONRAKI XƏBƏR

Dünyada koronavirusa yoluxanların SAYI ARTDI