Ermənistanda üç hərbçinin koronavirusa yoluxması təsdiqləndi – Nazirdən açıqlama

Ermənistanda üç hərbçinin koronavirusa yoluxması təsdiqləndi – Nazirdən açıqlama

Ermənistanın müdafiə naziri David Tonoyan ordudakı epidemioloji vəziyyətlə bağlı açıqlama verib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, geniş miqyaslı tədbirlər həyata keçirilsə də koronavirusun orduya girməsinin qarşısını almaq mümkün olmayıb.

“Martın 25-də üç hərbi qulluqçu sınaqdan keçirilib və COVID-19 virusu diaqnozu qoyulub. Hərbçilərdən birinin qohumunda əvvəllər koronavirus tapılıb. Hər üç hal bir-biri ilə əlaqəlidir və ölkədəki baş vermiş yoluxmalardan qaynaqlanır. Bu hərbçilər virusun yayılmasının qarşısını almaq üçün təcrid edilib”. David Tonoyan belə deyib.

“İndi hərbçilər xəstəxanaya yerləşdirilib, səhhətləri qənaətbəxşdir. Birində aşağı temperatur var”. Nazir onların həyatlarının təhlükədə olmadığını əminliklə bildirib.

“Hərbçilərin əlaqə dairəsi müəyyənləşdirilib, onlar xüsusi yerdə təcrid olunublar. Onlarla təmasda olan 32 hərbçi sınaqdan keçirilib. Cəbhə xəttindən çox uzaqda yerləşən bölmədə qarnizon mövqeyi elan edilib, bütün lazımi tədbirlər görülür. Digər yerlərdə koronavirus infeksiyası hadisəsi baş verməyib”. Tonoyan vurğulayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az