Gürcüstan quru sərhədlərindən ölkəyə girişlə bağlı qaydaları sərtləşdirib

Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Gürcüstan quru sərhədlərindən ölkə ərazisinə giriş qaydalarını sərtləşdirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş Nazirinin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən bundan sonra ölkə ərazisinə quru yolu ilə yalnız “Sınıq Körpü” (Azərbaycan-Gürcüstan), “Sadaxlı” (Gürcüstan-Ermənistan), “Sarp” (Gürcüstan-Türkiyə) və “Kazbegi” (Gürcüstan-Rusiya) sərhəd-keçid məntəqələrindən daxil olmaq mümkün olacaq.

Qeyd edək ki, martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət elan edilib. Bu vaxta qədər ölkə ərazisində 77 nəfərdə virusa yoluxma təsdiqlənib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Fənərbaxça”nın koronavirusa yoluxan futbolçusunun adı bilindi

SONRAKI XƏBƏR

Tovuzda qadın bıçaqlanıb