Putin: “Rusiya üç ay ərzində koronavirusa qalib gələcək”

Rusiya Prezidenti Vladimir Putin ölkənin üç ay ərzində koronavirusa qalib gələ biləcəyini deyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Həmkarlarımız iki-üç ay ərzində koronavirusun öhdəsindən gələcəyimizi deyir. Bu artıq yaxşı proqnozdur. Çünki bəzi ölkələrdə virusla müharibənin çox uzun müddət davam edəcəyini bildirirlər. Ümid edirəm ki, bu vəziyyətdən daha tez çıxacağıq”, - deyə, Rusiya lideri biznes nümayəndələri ilə görüşdə qeyd edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Karantində hansı filmlərə baxmalıyıq? "Yoluxma", "Epidemiya" və...

SONRAKI XƏBƏR

Yaponiyanın avtomobil şirkətləri dünyadakı zavodlarında işi dayandırdılar