Özünü koronavirusa görə təcrid edən Bayden Trampı tənqid edib

Özünü koronavirusa görə təcrid edən Bayden Trampı tənqid edib

Koronavirusa görə özünü Delaver ştatındakı evində təcrid edən prezidentliyə demokrat namizəd Co Bayden bir neçə gün əvvələ qədər özünü təmkinli aparırdı.

Çərşənbə axşamı Vermont ştatında keçirilən praymerizdə keçmiş rəqibi Berni Sandersi arxada qoyduqdan və sonrakı bir neçə vacib səsvermələrdə qələbə əldə etdikdən sonra ölkə boyu yayılan koronavirus böhranını Bayden və onun demokratik yarışlarını kölgədə qoydu.

Lakin demokratların prezident Donald Trampın koronavirus pandemiyasına münasibətinə qarşı tənqidləri artdıqca, 77 yaşlı Bayden də prezidenti tənqid və vəziyyətin necə idarə olunacağını izah etmək qərarına gəlib.

Bazar ertəsi bir çıxışından və sonra media blitzində Bayden Trampı virusa qarşı mübarizədə yavaş davranmaqda, səhiyyə mütəxəssislərinin tövsiyələrini qulaqardına vurmaqda, hətta öz kəşfiyyat rəsmilərinin bu barədə yanvar ayının əvvəlində ona xəbərdarlıq etmələrinə baxmayaraq, təhlükənin ciddiliyinə varmamaqda ittiham edib.

"Xəbərdarlığa çox uzun müddət məhəl qoyulmadı" - deyə, Bayden evində inşa edilmiş kiçik televiziya studiyasından etdiyi canlı yayım zamanı bildirib.

Mənbə: www.amerikaninsesi.org