İran koronavirusla bağlı tənqidi səsləri boğmaq üçün senzura və həbslərə əl atır

İran koronavirusla bağlı tənqidi səsləri boğmaq üçün senzura və həbslərə əl atır

İranda koronavirus yayıldıqca, rəsmilər cəld və aqressiv şəkildə müstəqil jurnalistikanın qarşısını almağa çalışır. Onlar jurnalistləri və sosial media istifadəçilərini təqib, həbs və senzura edir.

Tehran rəsmi məlumatları inkar edən, onları sual edən jurnalistləri dindirib və ya həbs edib, hökümətin rəqəmlərindən fəqrli rəqəmlər dərc edənləri həbs olunacaqlaı barədə xəbərdarlıq edib və xəbər orqanlarına senzura ilə bağlı göstərişlər verib. Azı bir jurnalist sosial mediada yazdıqlarını geri çəkməyə məcbur edilib.

İranın liderləri fevral ayında epidemiyaya məhəl qoymamışdı. O zaman ölkədə 3 yoluxma halı qeydə alınmışdı. Ali ruhani Ayətullah Əli Xamenei martın 3-də yayılmlanan çıxışında vətəndaşları virusun təhlükəsizni “şişirtməməyə”çağırmışdı.

İslam İnqilib Keşikçiləri Korpusunun başçısı Hüsüyn Salani də daxil olmaq rejim rəsmiləri dövlət mediasında virusun “Amerikanın bioloji hücumu”ola biləcəyini deyib.

Tehranın səhiyyə nazirliyi çərşənbə günü 27 min yoluxma, 2077 ölüm halının olduğunu bildirib, lakin Ümumdünya Səhiyyə Təşkilatının fövqəlaə vəziyyət idarəsinin direktoru deyib ki, real rəqəmlər bundan “beş qat çox ola bilər.”

“Koronavirus epidemiyasının vəziyyəti xəbər veriləndən daha pisdir,” – ABŞ-da fəaliyyər göstərən bloger və Balatarin xəbər vebsaytının qurucusu Mehdi Yahyanecad bildirib.

Yahyanecad və digər jurnalsitlər deyir ki, İran mediaya sıx nəzarət edir.

“Müstəqil jurnalistlərə azad şəkildə korona epidemiyasını işıqlandırmalarına icazə verilmir. Epidemiya ilə bağlı məlumat vermə və ya İran hökümətinin addımlarını tənqid edən jurnalislərlə bağlı təhqiqatların aparıldığına dair məlumatlar var,” o söyləyir.

Tehranın baş prokuroru Məhəmməd Cəfər Montazeri xəbərdarlıq edib ki, qeyri-rəsmi mənbələrdən statistika dərc edənlər ağır nəticələrlə üzləşə bilər.

Rəsmilər artıq bir neçə jurnalist sosial mediadakı yazılarına görə ya sorğu-sual edib ya da həbs edib.

Azı bir jurnalist atdığı tviti silməyə və hökümətin koronavirusla mübarizəsini tənqid etidyinə görə üzr istəməyə məcbur edilib.

Mənbə: www.amerikaninsesi.org