"Koronavirus bizdə yoxdur" deyən Şimali Koreya kömək istədi

"Koronavirus bizdə yoxdur" deyən Şimali Koreya kömək istədi

Daha öncə ölkədə koronavirusa yoluxma hallarını inkar edən Şimali Koreya, pandemiya ilə mübarizə üçün gizli şəkildə kömək istəyib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Financial Times” yazır.

Qeyd olunur ki, Pxenyan beynəlxalq ictimaiyyətdən infeksiyaya görə daha çox insanın testdən keçirilməsini istəyib.

Mənbələr KXDR-in səhiyyə sisteminin pandemiya ilə mübarizə aparmaq üçün çox zəif olduğunu vurğulayıb.

Pxenyan daha öncə infeksiyanın olmadığını iddia etsə də, beynəlxalq ekspertlər bu sözlərə ehtiyatla yanaşır, çünki ölkədə az adam koronavirus testindən keçib.

Bununla yanaşı, Şimali Koreyada azı 10 min nəfərin karantində olduğu vurğulanır.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az