Braziliya Prezidenti maska taxaraq koronavirus üçün "sadə qrip" dedi

Braziliya Prezidenti maska taxaraq koronavirus üçün "sadə qrip" dedi

Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus xəstəliyi haqqında Braziliya prezidenti maraqlı açıqlama verib.

Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Braziliya prezidenti Jair Bolsonaro hazırda dünyada minlərlə can alan koronavirus haqqında "Sadə bir qrip və kiçik bir soyuqdəymə" açıqlaması verib.

Bildirilir ki, onun bu cür açıqlmasına minlərlə insan reaksiya verib. Bundan əlavə, prezident epidemiyanın 60 yaşdan yuxarı insanlara təsir etdiyini, məktəbləri bağlamaq üçün heç bir səbəb olmadığını bildirib. Həmçinin, bildirilir ki, Bolsonaro bəzi media qurumlarını "qorxu yaymaqda" günahlandırır.

Prezidentin çıxışına cavab olaraq evlərinin eyvanlarına çıxan onlarla insan onu lazımı ölçü götürməməkdə günahlandırıb və qab-qacaqda mahnı çalaraq etiraz ediblər.

Qeyd edilir ki, Braziliyada Kovid-19 səbəbiylə indiyədək 47 nəfər ölüb, 2274 nəfərdə isə virusun yayıldığı aşkarlanıb.

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az