Nazirlik Xamneyinin COVID-19-la bağlı iddiasını rədd etdi

Nazirlik Xamneyinin COVID-19-la bağlı iddiasını rədd etdi

İran Səhiyyə nazirliyi İranın Ali lideri ayətullah Əli Xamneyinin iddiasını qəbul etməyib.

BakuPost Haber7-yə istinadən xəbər verir ki, "Fars" xəbər agentliyinə açıqlama verən Səhiyyə nazirinin müavini Əlirza Rəisi iki tip COVID-19 olduğu iddiasının doğru olmadığını bildirib.

O, "Koronavirus İrana Çindən gəlib.Ölkənin bəzi media orqanları COVID-19-un iki cür olduğunu göstərməyə çalışır. İrandakı COVID-19-la Çindəki COVID-19 arasında heç bir fərq yoxdur"- deyib.

Qeyd edək ki, Rəisi bu açıqlamanı Xamneyinin dövlət televiziyasında çıxışı zamanı iki növ COVID-19-un olduğu və bir tipinin xüsusən iranlıları məhv etmək üçün onların genetikasına uyğun olaraq hazırlandığını bildirməsindən sonra verib.

Mənbə: www.bakupost.az