Koalisiya qüvvələri İraqda daha bir hərbi bazanı tərk edir

ABŞ-ın başçılığı ilə İslam Dövləti ilə mübarizə aparan koalisiya qüvvələri ölkədəki xarici qüvvələrin azaldılması razılığı çərçivəsində cümə axşamı İraqın şimalındakı hərbi bazadan çıxmağa başlayıb.

Razılığa əsasən, ölkədə koalisiyanın hərbi və işçi qüvvəsi daha az qalacaq. Koalisiya rəqəmlər barədə məlumat verməyib.

2014-cü ildə İslam Dövlətinin xəlifət elan etdiyi Mosul şəhərinin cənubundakı Qayyara hərbi hava bazası bu ay İraq qüvvələrinə təhvil verilən ikinci bazadır. Koalisiya qüvvələri keçən həftə Suriya ilə sərhəddəki Əl-Qaim bazasını tərk edib.

"Koalisiya qüvvələrinin sayı daha az olacaq, lakin Dayeşlə (İslam Dövləti) mübarizədə tərəfdaşlarımızı dəstəkləməkdə qərarlıyıq" - deyə, koalisiyanın briqada generalı Vinsent Barker bildirib.

Koalisiya rəsmiləri az sayda qoşun saxlanmasına səbəbin ölkədə hələ də fəaliyyət göstərən İslam Dövləti militantlarına qarşı mübarizədə İraq qüvvələrinə yardım məqsədi daşıdığını deyir.

Hazırda 5000-ni amerikalı hərbçi olmaqla, İraqda 7500 koalisiya qüvvəsi var.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

31 qolun dəyişmədiyi “20-lik”

SONRAKI XƏBƏR

Yadplanetlilər tərəfindən oğurlanan 69 yaşlı Salman Cavadov - VİDEO MÜSAHİBƏ