Mediamızın koronavirus savaşı: Jurnalistlərimiz bu savaşda layiqincə təmsil olunurmu?

Mediamızın koronavirus savaşı: Jurnalistlərimiz bu savaşda layiqincə təmsil olunurmu?

Umud Rəhimoğlu: “Media təmsilçilərimiz üzərlərinə düşən işin öhdəsindən uğurla gəlirlər, lakin...”

Ümumbəşəri bəlaya çevrilənkoronavirusun ölkəmizdə də tədricən yayılması bu xəstəliyə qarşı bütün müstəvivə sferalarda ciddi mübarizəni zəruri edir.

Maraqlıdır, bəs ölkəmizdəkoronavirusa qarşı mübarizədə mediamız üzərinə düşən işin öhdəsindən lazımıncagələ bilirmi?

Moderator.az-a açıqlamaverən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəriUmud Rəhimoğlu Azərbaycan mediasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyinivurğuladı:

“Azərbaycan MətbuatŞurası bu günlərdə məlum məsələ ilə bağlı öz tövsiyyələrini yaydı. Indiki məqamdamedia qurumlarının üzərinə düşən məsuliyyətə aydınlıq gətirdi.

Bildiyiniz kimi, ölkəbaşçısının göstərişi ilə Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində çoxböyük işlər həyata keçirilir. Həm ölkə başçısı, həm də I vitse-prezidentinkoronavirusla mübarizə sahəsində aldığı qərarlar, atdığı addımlar koronaviruslamübarizə sahəsində əsas göstərişdir. Bu gün bütün dövlət qurumlarıkoronavirusla mübarizəyə səfərbər olunub. Vətəndaş cəmiyyətləri və mediada daoxşar mənzərə mövcuddur və bu sahədə çalışanların da üzərinə böyük məsuliyyətdüşür.

Mediamızın böyük əksəriyyətionlayn şəkildə fəaliyyət göstərir. Ancaq bu, o demək deyil ki, Azərbaycanjurnalistikası fəaliyyətini dayandırıb və yaxud onun fəaliyyətində hansısageriləmə var. Insanlarımızın çevik şəkildə məlumatlandırılması, onların maariflənməsibaxımından media təmsilçilərimiz üzərlərinə düşən işin öhdəsindən uğurla gəlirlər.Mediamız sadəcə ölkə daxilində deyil, beynəlxalq aləmdə koronavirusa qarşıaparılan mübarizə, bu sahədə baş verən yeniliklər haqqında da ictimaiyyətioperativ şəkildə məlumatlandırır ki, bu da vətəndaşlarımızın informasiya ilə ətraflıtəminatı baxımından olduqca vacibdir. Lakin koronavirus təhlükəsinin davametdiyini nəzərə alsaq, qeyd etməliyik ki, bu fəaliyyətin bundan sonra da yüksəksəviyyədə davam etdirilməsinə ehtiyac var. Bu isə o deməkdir ki, mediamız,jurnalistlərimiz bundan sonra da əzmkarlıq nümayiş etdirməlidirlər və əminəmki, etdirəcəklər də. Mən jurnalistlərimizə bu ağır və şərəfli işdə uğurlararzulayır, bütün xalqımıza cansağlığı və firavanlıq diləyirəm”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az