Putindən dünyaya xəbərdarlıq: Daha ağır situasiya...

Putindən dünyaya xəbərdarlıq: Daha ağır situasiya...

Koronavirusla bağlı situasiya 2008-2009-cu il maliyyə böhranından daha ciddi olan problemlərə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu G20 sammitində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.

“Görünür, pandemiya ilə bağlı problemlər 2008-2009-cu il maliyyə böhranından daha miqyaslı silkələnmələrə gətirib çıxaracaq. Ticarət savaşları və sanksiyalar durğunluğu dərinləşdirəcək. Situasiyanın inkişafı fonunda işsizlik 2009-cu ilin göstəricilərini üstələyə bilər. Bizim fikrimizcə, əsas risk uzunmüddətli işsizlikdir”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün “Böyük iyirimiliy”in (G20) tarixində ilk dəfə virtual sammit keçirilib.

Mənbə: axar.az