General Xəlifə Haftər qüvvələrinə daha bir zərbə vuruldu

General Xəlifə Haftər qüvvələrinə daha bir zərbə vuruldu

Eastnews.org-un verdiği xəbərə görə, BMT tərəfindən tanınan Liviya Milli Sövdələşmə Hökuməti paytaxt Tripolinin cənubundakı üsyançılara qarşı əməliyyat başladıb.

Bu barədə Liviya Milli Sövdələşmə Hökümətinə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, general Xəlifə Haftər qüvvələrinin əlində olan Vatiyyə hərbi hava bazası artıq ələ keçib.

Bölgədə şiddətli döyüşlərin getdiyi diqqətə çatdırılır.

Mənbə: AA

Mənbə: eastnews.org