Sabiq Baş Nazir: “İndi də deməyək, virus əyilə-əyilə gəzir”

“Hər bir şeyi dərhal siyasiləşdiririk. Bu da mənfi effekt verir”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq Baş Nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

P.Hüseyn qeyd edib ki, koronavirusla mübarizənin az qala Azərbaycan modelindən danışmağa başlayırlar: “Belə bir model ola bilməz. Arzu edirəm ki, Azərbaycanda heç xəstə olmasın. Hər bir şeydə Azərbaycan modeli axtarmağa nə ehtiyac var ki? Deputatlardan biri deyirdi ki, erməniləri səngərdə əyilə-əyilə gəzir, indi də deməyək ki, bu cür hakimiyyət olduğunu görə virus-virus əyilə-əyilə gəzir. Sən allah, bu məsələni bitirin. Azərbaycan bu xəstəliklə bağlı mübarizədə Çin modelini əsas götürüb...”

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

“Mübariz Mənsimovun vəziyyətindən murdar niyyətləriniz üçün istifadə etməyin” – Aslan İsmayılov

SONRAKI XƏBƏR

Dedilər, dedilər, amma onlar eşitmədilər