AB koronavirus imtahanından kəsildi - Türkiyə

AB koronavirus imtahanından kəsildi - Türkiyə

Koronavirus pandemiyası Avropa Birliyinin kəsildiyi imtahan oldu.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin müşaviri Yasin Aktay deyib.

O, AB-nin koronavirusdan daha çox əziyyət çəkən üzvlərinə kifayət qədər dəstək vermədiyini bildirib:

“Belə məsələlərlə AB məşğul olmalıdır. AB-də bir ölkənin problemi bütün ittifaqın problemidir. Avropa koronavirus mövzusunda imtahanı verə bilmədi. Zərər çəkən ölkələrin döydüyü qapını heç kim açmayanda onlar digər qapıları döyməyə məcbur olurlar”.

Mənbə: axar.az