"Sizin kimi yalançı vətənşivənlər mane olmasa, yenə də bunu etməyə çalışacağıq"

"Sizin kimi yalançı vətənşivənlər mane olmasa, yenə də bunu etməyə çalışacağıq"

"Yasər Böyükxanlı! Sizin bir qaragüruhçu kimi fikirlərinizə yenə də sayğı ilə yanaşıram. Çünki sizə hüquqla bağlı nələrisə izah etməmin bir anlamı olmayacağından əminəm. Söhbət şikayətdən gedirsə, şikayətçi ərizəsini geri götürməyincə bu hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Qaldı iqtidarın tərəfinə keçmək məsələsinə, Azərbaycanda azca nadanlıqdan uzaq hər kəs gözəl anlayır ki, mənim öz durduğum nöqtə var və iqtidara da, sizin təmsil etdiyiniz qaragüruha da eyni vətənin övladları kimi baxaraq müstəqil fikirlərimi söyləyirəm. Bir şeyi də xatırladım ki, Tofiq bəy ilk dəfə həbs olunanda azad olunması ilə bağlı Milli Məclisdə bir neçə dəfə iqtidara çağırışlar etmişəm və bunun da real nəticəsi olub. İndi də sizin kimi yalançı vətənşivənlər mane olmasa, yenə də bunu etməyə çalışacağıq".

Bu mənim dostluğumda olan bir qaragüruhçuya yazdığım maarifləndirici cavabdır. Niyə burada ayrıca paylaşım edirəm? Və niya qaragüruhçuluğa baxışım bu qədər sərtdir? Baxın adam anlaşılır ki, mənim siyasi mövqeyimi qəbul etmir. Ancaq dostluğa qəbul üçün müraciət edib. Mən də qəbul etmişəm. Çünki dostluq üçün siyasi baxış, dünyagörüşündən daha öncə mədəni insan olmaq şərti önəmlidir. Əgər dostluğuma daxil olmaq üçün müraciət edibsə, o halda mənim iqtidar tərəfə keçməyimi iddia edən bu adama mən də iddia etməliyəm ki, dostluğumda olmaqla o da mənim tərəfimə keçib? Digər tərəfdən siyasi baxışları bir tərəfə buraxıram. Səhifəmdə hər dəfə mütailə etdiyim kitablarla bağlı müxtəlif statuslar paylaşıram. Maraq üçün diqqət yetirdim ki, görən dostluğumda olan bu şəxs onlardan birini oxuyub bəyənibmi? Rast gəlmədim. Demək ki, bu adamlar yalnız mənə nifrət etmir, siyasi mövqeyimə hörmətsiz yanaşmırlar, maarifçilik fəaliyyətinə qarşı da eyni münasibət sərgiləyirlərr. Allah Tofiq Yaqublunun qapısını açsın, ağırdır ki, bu kimi adamlar öz kimliyini tanımadan başqasının kimliyi üzərindən muncuq oynatmaqla məşğuldurlar. Allah islah etsin!

Fazil Mustafa, Millət vəkili

Mənbə: moderator.az