Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

Rusiya Müdafiə Nazirliyinin epidemioloqlar və virusoloqları İtaliyanın Nemuro şəhərindəki "Casa Riposo" yaşlılar pansionatında dezinfeksiya işləri həyata keçirib.

"Həmçinin Rusiya hərbi texnikalarının cəlb olunması ilə tibb müəssisəsinə giriş yolları xüsusi maddə ilə yuyulub", - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

İnterAz "TASS"a istinadən xəbər verir ki, 1500 kvadratmetrdən çox ərazinin dezinfeksiya edildiyi qeyd olunur.

Qeyd edilir ki, Bergamoya gələn rus hərbi mütəxəssisləri koronavirusun yayılması ilə əlaqədar İtaliya vətəndaşlarına kömək etməyə başlayıb.

 

Mənbə: www.interaztv.com