“Aysberq SH” koronavirusla mübarizəyə dəstək oldu

“Aysberq SH” koronavirusla mübarizəyə dəstək oldu

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşularaq inşaat sektorunda yaxından iştirak etmiş şirkətlərdən biri olan “Aysberq SH” Fonda maliyyə dəstəyi göstərib.

Şirkət rəhbərliyi sahibkarları mövcud vəziyyətlə bağlı qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

Qeyd edək ki, “Aysberq SH” MMC 2019-cu il 5 fevral tarixində Şamaxı zəlzələsi zamanı zərərçəkmiş evlərin yenidən təmir və tikintisi prossesində fəal iştirak etmişdir.

Mənbə: marja.az