Pandemiyadan sonra dünya dəyişəcəkmi? –COVID-19 YENİLƏNMƏ FÜRSƏTİ YARADIR

Pandemiyadan sonra dünya dəyişəcəkmi? –COVID-19 YENİLƏNMƏ FÜRSƏTİ YARADIR

Siyasət, insanlar və bazarlar təbii fəlakətə, maliyyə böhranına, müharibəyə təpki vermədə oxşardır. İnstinktiv cavab – qorxu və qeyri-müəyyənlikdir; ardınca yumşalma, son nəticədə, bəlanın dağıntılarını yeniləmə axtarışı gəlir.

Dünya ölkələri COVID-19-a reaksiya vermək üçün təcili tədbirlər hazırlayarkən və təxminən 50 milyon insanın karantinə alınmasına baxmayaraq, az adam post-pandemik dünyanın necə görünəcəyinə, yəni cəmiyyətlərə qarşı irəli sürdüyü tələblərə hazırdır.

İkinci Dünya müharibəsinin sonunda ortaq dəyərlərə və qarşılıqlı asılılığa əsaslanan qlobal çərçivəyə ehtiyac siyasi elitaların beynəlxalq liberal nizamı yaratmasına səbəb olub. 70-ci illərdə bu çərçivə qloballaşmanın, yoxsulluğun və əsas siyasi partiyaların yerli narazılıqlara cavab verməməsi ilə birlikdə tədricən məhv edilib.

Bir neçə ay əvvələ qədər Braziliyadan tutmuş Macarıstana, Hindistandan ABŞ-dək siyasi hüququn dirçəlişi birmənalı olaraq 21-ci əsrin mənzərəsini təyin etməli idi. Avtokratiyalar möhkəmlənəcəkdi. Ayrı-seçkilik və ksenofobiya seçki vədlərində üstünlük təşkil edəcək və Avropadakı miqrant böhranı kimi hadisələr nativizmin məntiqini, miqrasiya və proteksionizm qaydalarını daha da möhkəmləndirəcəkdi.

Amma ispan qripindən bəri ən ölümcül pandemiya bütün bunları dəyişdirəcəkmi? Son 20 ildə Britaniyanın Aİ-dən çıxması ilə kəskinləşən neo-avtoritar səciyyə COVID-19-la bitəcəkmi, yaxud ona qarşı immunitet qazanacaqmı?

Hətta liberal Şimal da vətəndaşların uzun müddətli təcridi, karant və hərəkət məhdudlaşdırılması üçün kəskin addımlar atır, amma pandemiya, ehtimal ki, təhlükəsizlik torları, əməkdaşlıq və sərhəd nişanları olmayan bir dünyanın artıq dayanıqlı olmadığını nümayiş etdirəcək. Liderlər və elektoratlar niyə hazırlıqsız yaxalanmaları, manipulyasiya və yanlış məlumat vermək ənənəsi ilə seçilən iqlim dəyişkənliyi inkarçıları və şovinistlər planetin dayanıqlığı barədə sərt suallara cavab verməli olacaqlar.

COVID-19 nəticəsində təkcə Avropada deyil, Latın Amerikasından Cənubi Asiyaya qədər olan bütün hökumətlər bir gecədə həmrəyliyə və əməkdaşlığa məcbur olublar: beynəlxalq səyahət qaydalarının əlaqələndirilməsi, ictimai səhiyyə idarəetmə strategiyaları haqqında məlumat mübadiləsi, daxili yoxlanış xəbərləri və elmi təcrübə mübadiləsi. Qərbi Avropanı yenidən quran Marshall Planı kimi, hökumətlər də qısa müddətdə maliyyə stimulu və ticarət müstəvisində əməkdaşlıq etməli olacaqlar. Amerikanın birqütblü kölgəsi bu beynəlxalq sistem üçün böyük çətinlik olacaq.

Onsuz da Avropa liderləri, prezident Donald Trampın səyahət qadağasına qəzəbli təpki veriblər.

Rusiya və Səudiyyə Ərəbistanı arasında genişlənən neft qiymətləri müharibəsi dövründə neft istehsalçıları pandemiya fonunda əmtəənin qiymətini sabitləşdirməyin ən yaxşı yollarını müzakirə etmək məcburiyyətində qalıblar.

Amerikalı qanunvericilər ABŞ-ı İrana tətbiq olunan sanksiyaları ehtiva edən “maksimum təzyiq” siyasətini yenidən araşdırmağa çağırıblar.

Tehran 60 ildə ilk dəfə olaraq, BVF-yə müraciət edərək koronavirusun yayılması ilə mübarizə aparmağa kömək istəyib.

Uzaq Şərqdə Yaponiyanın hakim Liberal Demokratik Partiyasının üzvləri əzəli düşmən Çinə kömək üçün aylıq maaşlarını bağışlamağa səs veriblər. Buna cavab olaraq, Çin sosial mediası qısa zamanda yaponlara minnətdarlıqla dolub-daşır.

Pandemiya zirvəyə çatdıqca hakimiyyətdəki populistlər qaçılmaz olaraq inam böhranı ilə üzləşəcəklər. Buna qədər ABŞ-da Donald Tramp və Hindistanda Narendra Modi kimi bir çoxları düşmən obrazı yaratmaqda mahir idilər. Populistlər effektiv cavab verə və xəstəliyin yayılmasına sədd çəkə bilmədiyi üçün tənqidlə qarşılaşacaqlar.

Məhz buna görə, ola bilsin ki, Hindistanın baş naziri Modi bu həftə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) üzv ölkələri rəhbərləri arasında videokonfrans keçirmək üçün texnologiyaya üz tutub. Ancaq fakt budur ki, Modinin avtoritar idarəçiliyi altında Hindistan son 5 ili, Kəşmirin mübahisəli ərazisindəki 8 milyon insanın mühasirəyə alınması və internet bağlanması da daxil olmaqla, qonşuluqdakı gərginliyi aradan qaldırmaq əvəzinə, regional inteqrasiyaya qarşı çıxıb.

Nəhayət, pandemiyanın başladığı, sosial media və fəallara qarşı qaydaların sərt olduğu Çində Kommunist Partiyası da məlumat axınının məhdudlaşdırılmasını ləğv etməyə məcbur olub.

COVID-19 qlobal siyasi dəyişikliyə səbəb olacaqmı?

Bunun üçün iki səbəbi ola bilər. Birincisi, müharibə, zəlzələ və aclıq kimi “zərbələrdən” fərqli olaraq, pandemiya coğrafiya və ya insan kimliyinə görə ayrı-seçkilik etmir. Təbiətinə görə, pandemiya inklüzivdir, sərhədləri mənasız edir və qlobal cavab tələb edir.

İkincisi, ondan əvvəl baş verən digər təhlükəsizlik böhranlarından fərqli olaraq – Soyuq müharibə, 9/11, İraq və Əfqanıstanda və Suriyadakı müharibələr,– hökumətlər COVID-19 yayımından müxalifləri susdurmaq üçün istifadə edə bilməyəcəklər, çünki tənqidi əsaslandırmaq çətin olacaq. Bu, rejimi liderlik dəyişikliyinə qarşı həssas və marjinal siyasi partiyalara yenilənmə fürsəti təqdim edir

Mənbə: strateq.az