“Bunlar bilmir ki, koronavirusa görə Azərbaycanda məhbuslar azadlığa buraxılır”

“Bunlar bilmir ki, koronavirusa görə Azərbaycanda məhbuslar azadlığa buraxılır”

“Mən bununla bağlı bəyanatımı AŞPA-nın prezidentinə kəskin şəkildə bildirmişəm. Belə bir bəyanat nəinki narahatlıq, hətta utanc yaradır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA həmməruzəçilərinin Azərbaycanla bağlı verdiyi son bəyanata münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, həmməruzəçilər Azərbaycanda vəziyyəti araşdırmadan hansısa bilinməyən mənbələrdən yalan məlumatı manipulyasiya edərək təqdim ediblər: “Bu, Avropa Şurasının onsuz da aşağı olan nüfuzuna böyük zərər gətirir. Hazırda faciə günlərini yaşayan Avropa bunun nə qədər böyük olduğunu dərk etmək istəmir.

Azərbaycanda bu faciəyə qarşı atılan addımların nə dərəcədə effektiv olmasını hamı görür. Bunu süni şəkildə hər hansı bir müxalifətə və müxalif qüvvələrə təzyiq kimi qiymətləndirmək utancdır. Bu, məqsədyönlü şəkildə vəziyyətdən istifadə edərək Azərbaycana qarşı növbəti provakasiyadır. Heç bunlar bilmir ki, koronavirus infeksiyası ilə bağlı Azərbaycanda məhbuslar azadlığa buraxılır. Bütün bu addımların Azərbaycan vətəndaşının sağlamlığı üçün olduğunu dərk etmədən insanlar bu cür bəyanatlar verirlər. Düşünürəm ki, Avropa Şurası bu cür bəyanatlardan əl çəkməlidir”.

Mənbə: qafqazinfo.az