Rusiya İtaliyada koronavirusla mübarizə üçün laboratoriya qurur - VİDEO

Rusiya Italiyaya koronavirusla mübarizə aparmaq üçün mütəxəssislər göndərib.

Metbuat.az xəbər verir ki,İtaliyanın Berqamo şəhərinə gələn mütəxəssislər Berqamoda İtalyan-Rus Koronavirusla Mübarizə Mərkəzini quracaqlar.

Bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyi bildirib ki, Berqamoda polimeraz zəncirvari reaksiya və genotipləmə laboratoriyası, dezinfeksiya üçün xüsusi avadanlıq məntəqələri yaradılacaq.

Rusiya hərbi mütəxəssisləri Berqamoda xəstələrin müalicə olunduğu səhiyyə müəssisələrində müayinələr aparıblar. Bu məqsəd ilə Rusiya 22 nəqliyyat karvanını İtaliyaya gətirib. Berqamoya gedən hərbi karvanın tərkibində virusoloqlar, epidemioloqlar həmçinin diaqnoz kompleksi, dezinfeksiyaedici vasitələr çoxlu sayda tibbi ləvazimatlar, koronavirusa yoluxmuş ağır xəstələr üçün xüsusi avadanlıqlar var.

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

General hərbi vəziyyət elan etməyə çağırır

SONRAKI XƏBƏR

“Çalışacam ki, bu etimadı doğruldum, elmimizi təkcə respublikada yox, dünyada tanıtdırım...”