“Çalışacam ki, bu etimadı doğruldum, elmimizi təkcə respublikada yox, dünyada tanıtdırım...”

“Çalışacam ki, bu etimadı doğruldum, elmimizi təkcə respublikada yox, dünyada tanıtdırım...”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev akademik Adil Qəribovu yetmiş illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif edib.

Moderator.az-a açıqlamasında A.Qəribov ölkə başçısına təşəkkür edib:

“Təbrikiniz üçün çox sağ olun. Təbii ki, ölkədə belə bir gərgin şəraitdə “Şöhrət” ordeni ilə təltif olunmağıma görə yalnız prezidentimizə minnətdarlığımı bildirirəm. Cənab prezidentin ən çox diqqət yetirdiyi sahələrdən biri də elm sahəsidir. Mənim elm sahəsində əldə etdiyim uğurların bir hissəsi mərhum prezidentimiz Heydər Əliyev vaxtında olub və ondan sonrakı hissəsi isə indiyə təsadüf edir. Prezidentimiz böyük bir təşəbbüs göstərərək Milli Nüvə Mərkəzi açdı. Bununla o, biz elm adamlarına da şərait yaratdı. Mən bu kiçik əməyimə verdiyi qiymətə görə dövlət başçımıza təşəkkürümü bildirirəm. Ömrüm boyu çalışacam ki, bu etimadı doğruldum və elmi işlərimi daha da dərindən aparım ki, elmimizi təkcə respublikada yox, dünyada tanıtdırım. Çünki mənim elm sahəm nüvə və atomdur, dünyəvi bir elmdir. Ölkə başçımıza can sağlığı arzu edirəm. O, bu günə kimi kosmos, nüvə kimi layihələri həyata keçirdi. Bütün bunların hamısını böyük uzaqgörənliklə ərsəyə gətirdi”.

Mənbə: moderator.az