Rəsmi Moskva: ABŞ İranın koronavirusla mübarizəsinə mane olur

Rəsmi Moskva: ABŞ İranın koronavirusla mübarizəsinə mane olur

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi, İranın koronavirusla mübarizədəki çətin şərtlərinin ABŞ sanksiyalarının nəticəsi olduğunu və tezliklə bu sanksiyaların qaldırılmasını tələb edib.

Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib ki, İranın koronavirus ilə qarşılaşdığı çətinliklər ABŞ-ın sanksiyalarına görədir. ABŞ İrana qarşı birtərəfli sanksiyalarda məsuliyyət daşıyır. Bu sanksiyalar ən qısa müddətdə ləğv edilməlidir.

Rusiyalı diplomat İranın hazırda ABŞ-dan görünməmiş iqtisadi və siyasi təzyiqlərlə üzləşdiyini deyib:

"Bu sanksiyalar mənəvi və hüquqi çərçivədən kənardır. ABŞ İrana qarşı birtərəfli sanksiyaları dayandırmalıdır".

Mənbə: eastnews.org