Küçələrə aslan yerinə ayı buraxardıq - Zaxarova

Küçələrə aslan yerinə ayı buraxardıq - Zaxarova

İngilis biznesmen Alan Suqarın sosial şəbəkə üzərindən Rusiya prezidenti Vladimir Putinlə bağlı irəli sürdüyü iddiaya Kreml reaksiya verib.

Teleqraf.com-un məlumatına görə, biznesmen iddia edib ki, Rusiya lideri Putin koronavirus epidemiyasına görə, insanların bayıra çıxmasına əngəl olmaq məqsədilə küçələrə aslan buraxıb. Biznesmenin qeyri-ciddi iddialarına dünyanın hər tərəfində inanmağa başlayıblar. Bu iddiaların qarşısını almaq üçün Rusiya tərəfi rəsmi açıqlama vermək məcburiyyətində qalıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Rusiyada küçələrə aslan və qaplanların salınmasına dair zarafat həqiqətən komik yanaşmadır:

“Həqiqət olmadığı bəllidir. Ancaq ənənə olaraq biz küçələrə aslan və qaplan deyil, ayı buraxardıq. Ayılar daha təsirlidir”.

Mənbə: axar.az