"Karantin rejiminin sərtləşdiriməsini mövcud vəziyyət tələb edir"-Deputat

"Karantin rejiminin sərtləşdiriməsini mövcud vəziyyət tələb edir"-Deputat

Xəbər verdiyim kimi Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən karantin rejim sərtləşdirilib.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, karantin rejiminin sərtləşdiriməsini mövcud vəziyyət tələb edir:
"Ötən gün ərzində 41 nəfər koronovirusa yoluxmuş yeni xəstə aşkar olundu. Əvvəki günlərdə virusa yoluxanlar, xarici ölkələrdən gələnlər olduğu halda, yeni tutulanların mənbəyi yerli əhalidir. Nəzərə alsaq ki, bu insanlar da çoxlu sayda digər insanlarla təmasda olmuşlar. Eyni zamanda kifayət qədər pandemiyaya qeyri-ciddi yanaşan, karantin rejiminin qaydalarına riayət etməyən, hətta yaşlı vətəndaşlarımız da vardır ki, evdə oturmaq əvəzinə küçələrdə, meydanlarda, bulvarda gəzirlər. Belə olan halda, virusun sürətlə yayılmasının qarşısını almaq üçün sərt tədbirlərin görülməsinə ehtiyac var. Vətəndaşlarımıza tövsiyəm odur ki, şayiələrə inanmasınlar. Ancaq rəsmi mənbələrə istinad etsinlər. Nazirlər kabineti yanında Operativ Qərargahın, dövlət televiziyasının məlumatları, ən doğru məlumatlatdır. Əgər insanlar kütləvi şəkildə qanunları pozmağa cəhd etsələr, virusun yayılması kütləvi xarakter alsa, fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər. İnşəallah o səviyyəyə çatmaz, dövlətimizin və xalqımızın birliyi bu ümumbəşəri bəlaya qalib gələr".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az