AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

İtaliya Baş nazirinin keçmiş müavini və "Liga" siyasi partiyasının lideri Matteo Salvini ölkənin Avropa Birliyindən çıxacağını istisna etməyib.

İnterAz xəbər verir ki, onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün tələsməyən Brüsselin siyasəti qəzəbdən başqa heç nəyə layiq deyil.

"AB nə ediləcəyini, kimə kömək edəcəyini təyin etmək üçün daha 15 gün götürüb. Bu gecikmə ağılsızlıqdır", siyasətçi "Affaritaliani.it" saytına müsahibəsində deyib.

"Bu ümumiyyətlə "birlik" deyil, ilan və çaqqal yuvasıdır. Əvvəlcə virusu məğlub edəcəyik, sonra Avropa haqqında düşünəcəyik. Lazım gələrsə minnətdarlıq bildirmədən vida edərik", Salvini bildirib.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

"Karantin rejiminin sərtləşdiriməsini mövcud vəziyyət tələb edir"-Deputat

SONRAKI XƏBƏR

Küçədəki əşyaları yalayan məşhur repçi SAXLANILDI — VİDEO