"Qanunların sərtləşdirilməsinin tərəfdarıyam" - Aqil Abbas

"Qanunların sərtləşdirilməsinin tərəfdarıyam" - Aqil Abbas

Dövlət koronavirusla mübarizədə lazım olan bütün addımları atır, tədbirləri görür. Məhz bu səbəbdən də dünya statistikasına baxdıqda ən az göstərici olan ölkələrdən biri də bizik.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Aqib Abbas dünyada sürətlə yayılan koronavirus epidemiyası, onunla bağlı Azərbayanda atılan addımlar haqqında danışarkən deyib.

Millət vəkili bildirib ki, əhali özünü qorumaq üçün təklif olunan məsləhət və tövsiyələri yerinə yetirməlidir:

“Əgər insanlarımıza evdə qalmaq tövsiyə olunursa, buna əməl etmək vacibdir. Çöldə nə var? Üstəlik, restoranlardan mənzillərə yemək sifarişi etmək mümkündür, onlayn mağazalar fəaliyyət göstərir. Dövlət çalışır ki, bu bəladan insanlarımızı qorusun. Burada vacib məqam insanlarımızın qoyulan tələblərə əməl etməsidir. İnsanlar bəzən məsuliyyətsiz davranırlar. Odur ki, dövlət karantin rejimini bir qədər də sərtləşdirdi. Biz müsəlmanıq. Bəzən qiymətləndirmirik, inanmırıq, bəzən deyirik ki, bizdə ola bilməz və s. Amma sərt qanunlar olmalıdır. Şəxsən mən qanunların sərtləşdirilməsinin tərəfdarıyam. Mən, siz, digəri xəstələnmək istəmir. Kifayət qədər yaşım var, heç özümü nəzərə almıram. Amma mənim kimi 100 minlərlə insanın evində övladı, nəvəsi var. Bunları qorumaq lazımdır. Odur ki, karantin rejiminə hər birimiz əməl etməliyik”.

Mənbə: teleqraf.com