Türkiyə Səudiyyə Ərəbistanını zəvvarlar arasında koronavirus yoluxmasını gizlətməkdə ittiham etdi

Türkiyə Səudiyyə Ərəbistanını zəvvarlar arasında koronavirus yoluxmasını gizlətməkdə ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə yeni koronavirusun ilk hallarının Səudiyyə Ərəbistanından qayıdanlar arasında aşkarlandığını açıqlayıb.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Məkkədə Ümrə ziyarətini etdikdən sonra ölkəyə qayıdan zəvvarlarda koronavirusun ilk hallarının aşkarlandığını söyləyib.
Soylu "Səudiyyə Ərəbistanı nə bizə, nə də dünyaya heç bir məlumat verməyib. İnsanlar Ümrədən qayıdıblar. Səhiyyə Nazirliyi ilk hadisə müşahidə edildikdən dərhal sonra tədbir görüb və zəvvarları karantinə alıb", - deyib.
Virusun yayılmasının qarşısını almaq üçün Türkiyə Səudiyyə Ərəbistanından qayıdan 10 mindən çox insanı karantinə alıb.

 

Mənbə: eastnews.org