Trump GM şirkətini havalandırma vintilyatoru istehsal etməyə çağırdı

Trump GM şirkətini havalandırma vintilyatoru istehsal etməyə çağırdı

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp General Motors (GM) şirkətini havalandırma vintilyatoru istehsal etməyə çağırıb.

TED.az xəbər verir ki, koronavirusun sürətlə yayılması ABŞ hökumətini qabaqlayıcı tədbirlər görməyə vadar edir. Prezident bəyan edib ki, hökumətin özəl müəssisələrdən belə bir tələb etməsi qanunvericiliyin tələblərinə uyğundur.

Qeyd edək ki,ABŞ-da koronavirusa yoluxanların sayı 104 minə çatıb. Bu ölkə virusa yoluxma sayına görə, hətta Çini də geridə qoyub.

Mənbə: ted.az