Sabahdan Azərbaycanda koronavirus xəstələri bu klinikada müalicə alacaq (FOTOLAR)

Sabahdan Azərbaycanda koronavirus xəstələri bu klinikada müalicə alacaq (FOTOLAR)

Sabahdan etibarən müvəqqəti olaraq "Yeni klinika" tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Yeni Klinika"nın açılışında Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verərkən bildirib.

Mənbə: qaynarinfo.az