“QOHUMLARLA ÜNSİYYƏTDƏN QAÇIRAM...” – Siyasətçilər karantin rejiminə necə əməl edir?

“QOHUMLARLA ÜNSİYYƏTDƏN QAÇIRAM...” – Siyasətçilər karantin rejiminə necə əməl edir?

"Karantinrejiminə əməl edirəm, amma Milli Məclisin iclasında da iştirak edəcəm”.

Sfera.az-a açıqlamasında bu sözləri koronavirus təhlükəsi fonunda tanınmış siyasətçilərinevdə qalaraq karantin rejiminə əməl edib-etmədikləri barədə sualıcavablandırarkən Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının 67yaşlı sədri Asim Mollazadə deyib: "Karantin rejiminə əməl edirəm, bunu hamıyada tövsiyyə edirəm. Pandemiyaya ciddi yanaşmalıyıq. Ona qarşı ən gözəl mübarizə üsulu veriləntövsiyyələrə riayət etməkdir, karantində olaraq izolyasiya olmalıyıq. Özüm evdən bayıra çıxmıram. Milli Məclisin olacaq növbəti iclasına isəgedəcəyəm. Orada virusdan qorunmaq baxımından ciddi şərait yaradılıb. Yoxlamadan da keçmişəm. Demək istəyirəm ki, kimin yüz faiz qorunmaqqarantiyası yoxdursa, mütləq karantinə riayət edib evdə oturmalıdır”

"Qohumlarabelə get-gəl etmirik”

Bunusayta açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib: "Evdə qalmaq virusunyayılmasının qarşısını almaq üçün önəmlidir. Bu mənada evdə qalanlarınpsixoloji sarsıntılara məruz qalmamaları üçün mütəmadi olaraq siyasətçilər, sənətadamları, həkimlər televiziya kanalları vasitəsilə xalqla ünsiyyətdəolmalıdır. Bu baxımda da çalışıram ki, həkimkimi üzərimə düşənləri edim. Bütünhallarda mümkün qədər ev şəraitində özümüzü təcrid etmişik. Qohumlara belə get-gəl etmirik, ancaq telefonəlaqəsi saxlayırıq”.

"Evdənçölə çıxmıram”

AMİPlideri Etibar Məmmədov da karantin rejimində olduğunu dedi: "Koronaviruslamübarizə tədbirləri çərçivəsində qanun nəyi tələb edirsə, ona da riayətolunmalıdır. Özüm də həmin tələblərəriayət edirəm. Çünki bu tək özüm üçün deyil, həm də ətrafdakıların sağlamqalması üçün vacibdir. Tələblərə riayət olunmalıdır ki, virusun yayılmasınınqarşısı alınsın. Çünki, karantinə əməl edilmədikdə virusun qarşısını almaqistiqamətində görülən tədbirlər effektiv olmur. Evdən çölə çıxmıram. Amma buheç də yaşımın 65 olması ilə bağlı deyil. Bəziləri bunu başqa cür başa düşür.Elə bilirlər ki, 65 yaşdan yuxarı olanlar virusu yayır. Bu yaş qrupu daha həssas təbəqədir, ondan yuxarı yaşıolanların virusa yoluxmaları ağır nəticə verə bilər. Ona görə də onları təcridetmək baxımından bütün dünyada həmin qadağa tətbiq olunur. Ancaq virus yaşabaxmır, insanların hamısından tələb olunur ki, evdə otursunlar”.

"Maskadançox da istifadə etmirəm”

Bunuisə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir: "Komissiya tərəfindənhansı tövsiyyələr verilibsə, hamısına riayət edirik. Hələlik xəstəliklə bağlıelə bir problemimiz yoxdur. Özümüz özümüzü qoruyuruq. Partiya üzvlərimizləancaq skayp, telefon vasitəsilə əlaqə saxlayırıq. Yəni, həm işimiz gedir, həm dəsəhhətimizin qorunması ilə məşğuluq.Düzdür, bütün günü evdə də oturmuruq, çölə də çıxırıq. Mağazalaragedirik. Maska da götürmüşəm, ancaq çölə çıxanda maşınla çıxıram. Heç kimlə ünsiyyətdə olmadığıma görə maskadan çox da istifadə etmirəm”.

"Düzdür, növbə olur..."

MilliMəclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə indiki şəraitdəevdən ancaq zəruri hallarda çıxır: "Ciddi şəkildə karantin rejiminə riayət edirəm.Koronavirusla bağlı bütün məlumatları oxuyuram. Özümü, ailəmi və ətrafdakılarıqorumağa çalışıram. Evdən ancaq zəruri halda, ərzaq almaq, Milli Məclisə vəyaxud partiya qərargahına getmək lazım gələndə çıxıram”.

Deputattibbi maskalardan istifadə edir: "Çölə çıxanda mütləq tibbi maskadan istifadəedirəm. Onu və tibbi spirti hər gün səhər tezdən evimizin yaxınlığındakı aptekdənalıram. Düzdür, növbə olur. Hər adama iki tibbi maska verirlər. Amma günortadansonra müraciət edəndə maska və spirtin olmadığı üzə çıxır. Bununla belə deyilənəgörə yaxın vaxtda tibbi maska istehsal edən müəssisə işə düşəcək. Evimizdə təmizlikhər zaman olub, indi də onu ciddi şəkildə qorumağa çalışırıq. İnanıram ki, dövlətimizinapardığı siyasət problemi qısa zamanda aradan qaldırmağa imkan verəcək”.

Elçin

Sfera.az

Mənbə: sfera.az