Baş epidemioloq: Karantin rejiminə ciddi əməl edilməsə xəstəlik sürətlə yayılacaq

Baş epidemioloq: Karantin rejiminə ciddi əməl edilməsə xəstəlik sürətlə yayılacaq

"Evdə qal"şüarına əməl edilmədiyi müddətcə ölkəmizdə xəstəlikdən ölənlərin sayı durmadan artacaq. Hətta xəstəliyin sayı o qədər çoxala bilər ki, xəstəxanaların xəstələri qəbul etmək gücü olmasın.
Xezerxeber.az-ın məlumatına görə, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev bildirib.
Epidemioloq deyib ki, vətəndaşlar deyilənlərə əməl etməlidirlər. Pozulan hər bir qadağa xəstəliyin miqyasının daha da artmasına gətirib çıxarır.
Qeyd edək ki, hazırda yaşı 65-dən yuxarı olan insanların küçələrə çıxması qadağan edilib.

Mənbə: big.az