“İlk dəstək göstərilməli təbəqə onlardır” – Deputat günəmuzd işləyənləri xatırlatdı

“İlk dəstək göstərilməli təbəqə onlardır” – Deputat günəmuzd işləyənləri xatırlatdı

"Azərbaycan dövlətinin həyatakeçirdiyi karantin tədbirlərinin mahiyyətini siyasiləşdirmək olmaz. Hökumətinbu sahədə tutduğu mövqe istisnasız olaraq təqdirəlayiqdir və vətəndaş özünün,ailəsinin, ümumilikdə cəmiyyətin təhlükəsizliyi naminə bu tədbirlərə dəstək verməlidir”.Sfera.az-ın məlumatına görə bunuMilli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Onun sözlərinə görə,insanların sağlıq təhlükəsizliyi ilə yanaşı onların sosial müdafiəsi də mühümdür:

"Bir neçə gün öncə televiziyadaçıxışımda da dediyim kimi, şəxsən mənim təmsil olunduğum Biləsuvar rayonundagünəmuzd işləyən, günlük əməyindən asılı olaraq evinə, ailəsinə çörək aparan şəxslərvar. Karantin tədbirləri dövründə ilk dəstək göstərilməli təbəqə məhz onlardır. İnanıram ki, hökumət qısa zaman kəsiyindəməsələyə dair tədbirlər planının icrasına başlayacaq. Əminliyim də onunlabağlıdır ki, cənab Prezident proseslərin ilk günündən iradəsini ortaya qoyaraq1 milyard pul ayırıb. İndi qalır Nazirlər Kabinetinin müəyyən mexanizm taparaqişlətməsi. Təbii ki, məsələni qısa müddətdə həll etmək asan iş deyil, lakin onuda anlayaq ki, evdə ac oturmaq da asan deyil. Ona görə də cənab Əli Əsədovbaşda olmaqla hökumət rəsmilərindən prosesi tezləşdirmələrini xahiş edirəm.

Bu arada, bir daha vətəndaşlarımızıkarantin tədbirlərinə əməl etməyə, dövlətin imkan və resurslarını lazımsızistiqamətdə xərcləməməyə, təxribatçı, fürsətdən siyasi məqsədlər üçün istifadəetməyə çalışanlara meydan verməyərək dövlətçiliyimizin müdafiəsi naminə dövlətbaşçısının ətrafında daha sıx birləşməyə çağırıram”.

Mənbə: sfera.az