“Deputatın şəxsən zəng etməsi insanda inam yaradır” - Lalə Zeynalova

“Deputatın şəxsən zəng etməsi insanda inam yaradır” - Lalə Zeynalova

Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalova Polşadan Azərbaycana gətirilən azərbaycanlılar arasında olub.

Modern.az xəbər verir ki, koordinator hazırkı vəziyyətə münasibət bildirib:

"Nəzərinizə çatdırmaq istərdim ki, dünən Polşadan gələn Azərbaycanlılar hazırda Lerikdə yerləşən "Relax" istirahət mərkəzində karantindəyik. Burda olan şəraitdən danışmaq istəyirəm. Dünən Varşavadan Lənkarana xüsusi reys təşkil olundu. Yerli vaxtla saat 22:25 də Lənkaran hava limanına endik. Burda çox yüksək səviyyədə bizi qarşılayıb Lerikdə "Relax" istirahət mərkəzində 4 nəfərlik kotəclərə yerləşdirdilər".

Lalə Zeynalova Lerikin deputatının onlarla maraqlandığını da qeyd edib

"Bugün isə Lerikdən olan Milli Məclisin deputatı İqbal Məmmədov şəxsən hər bir karantində olan şəxsə zəng edir, əlavə olaraq da hər bir şəxsin gündəlik problemləri ilə maraqlanır və qarşılayır . Şəxsən 20 dəqiqə onunla söhbət etdik. Hər şeyin qaydasında olduğunu hər bir personalın çox qayğı ilə yanaşdığını qeyd etdim. Sabahdan pulsuz internet xəttinin də daha sürətli işləcəyini qeyd etdi. Təşəkkürlər İqbal müəllim!!! Bu cür çətin anlarda Milli Məclis deputatının şəxsən zəng etməsi insanda inam yaradır"

Mənbə: modern.az