Merkel Netanyahunun korona xəstələri üçün süni nəfəs aparatları istəyini rədd etdi

Merkel Netanyahunun korona xəstələri üçün süni nəfəs aparatları istəyini rədd etdi

İsrailin Baş naziri Binyamin Netanyahunun yeni növ koronavirus (Covid-19) epidemiyası ilə bağlı Almaniyadan süni nəfəs aparatları istədiyi, lakin onun bu tələbinin Baş nazir Angela Merkel tərəfindən rədd edildiyi iddia edilir.

Baki-xeber.com xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzeti, Netanyahunun Merkellə bir müddət telefon danışığı zamanı, Covid-19-la mübarizə çərçivəsində süni nəfəs aparatları istədiyini yazıb.

Merkelin Netanyahunun istəyinə mənfi cavab verdiyi bildirilən xəbərlərdə detallara yer verilmir.

İsrail Netanyahunun Almaniya kansleri ilə telefonla görüşdüyünü açıqlamışdı, ancaq görüş barədə ətraflı məlumat verilməmişdi.

İsrail İctimai Yayım Agentliyi KAN-ın martın 25-də yaydığı bir xəbərdə Xarici Kəşfiyyat Xidməti MOSSAD-ın prezidenti və Milli Təhlükəsizlik Şurasının sədri xaricdən lazımi tibbi avadanlıqların alınması üçün ortaq bir qrup yaratdığını bildirirdi.

İsrail Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə Covid-19 diaqnozu qoyulanların sayı 3 min 460-a çatı, 12 nəfər isə ölüb.

Mənbə: www.baki-xeber.com