Lukaşenko: dizi üstə yaşamaqdansa, ayaqda ölmək daha yaxşıdır

Lukaşenko: dizi üstə yaşamaqdansa, ayaqda ölmək daha yaxşıdır

Belorus Prezidenti Aleksandr Lukaşenko koronavirus səbəbiylə qrafikdəki dəyişiklik haqqında soruşduqda cavab verib ki, dizi üstə yaşamaqdansa, ayaqda ölmək daha yaxşıdır.

KONKRET.az xəbər verir ki, Lukaşenko izah edib ki, viruslar onun cədvəlinə təsir göstərmir.

Belarusda 94 nəfər koronavirusa yoluxub.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vəətndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib.

Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az