Pentaqon yalvarır: “Geri dönün, sizsiz bacarmayacağıq!”

Pentaqon yalvarır: “Geri dönün, sizsiz bacarmayacağıq!”

ABŞ-da koronavirus xəstəliyininsürətlə yayılması fonunda hərbi tibbi fakültənin tələbələrinin erkən məzunedildiyini bildirmişdik. (https://www.moderator.az/news/317103.html)

Moderator.az xaricimediaya istinadən xəbər verir ki, ölkədə yaranan həkim qıtlığını ortadan qaldırmaqüçün Pentaqon daha bir yeniliyə imza atıb. Belə ki, yaş faktoru ilə əlaqədarolaraq ordudan təxis edilən və təqaüdə çıxan hərbi həkimlərə çağırış ünvanlayanPentaqon, onları geri dönməyə səsləyib.

Pentaqonun yalvarış məzmunlumesajında anestezioloq, tibb bacısı, tənəffüs mütəxəssisi və s. ixtisaslar üzrəkadrlara daha çox ehtiyac duyduğunu, bu çağırışa cavab verən hər kəsin arzuladığıtəqdirdə yenidən orduya qaytarılacağını bildirib.

Pentaqonun məlum mesajındansonra 14 min təqaüdçünün daha ətraflı məlumat almaq üçün xidmətlə əlaqəsaxladığı bildirilib. ABŞ hərbi komandanlığı hesab edir ki, təqaüddə olan hərbihəkimlərin bəlli bir qisminin geri qayıtması, koronavirusla mübarizəyə müsbət təsirgöstərəcək, həkim çatışmazlığı hallarının qarşısını alacaq.

Seymur ƏLİYEV

Mənbə: moderator.az