“NaxPro” MMC-nin təsisçisi hər kəsi prezidentin çağırışına qoşulmağa səslədi

“NaxPro” MMC-nin təsisçisi hər kəsi prezidentin çağırışına qoşulmağa səslədi

"Cənab Prezidentimiz dünənki çıxışında bildirdi ki, elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!” deyirik. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!”. Bakıda Naxçıvan məhsullarının satışı ilə məşğul olan yeni yaradılmış "NaxPro” MMC Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ödəməsi təqdirəlayqidir.

"NaxPro” MMC-nin təsisçisi Emin Tarverdiyev Naxçıvandan kənarda yaşayan bütün naxçıvanlıları Cənab Prezidentin çağırışına qoşulmağa səsləyib. O bildirib ki, Naxçıvanda doğulub-boya başa çatan hər kəs, bu dar gündə qədim diyarımıza öz dəstəyini əsirgəməməlidir.

Mənbə: qaynarinfo.az