Xeyirxahlıqdan uzaq, niyyətləri bəd-Vaqif Abdullayev yazır

Xeyirxahlıqdan uzaq, niyyətləri bəd-Vaqif Abdullayev yazır

Newscenter.az.29.03.2020. Bu gün dünya bütün gücünü, maliyyəsini bəşəriyyətin bəlasına çevrilmiş koronavirusa yönəldib, bütün dövlətlər bu qlobal bəladan çıxmaq üçün yollar axtarır, dünya ölkələrinin həmrəyliyi artır, hamı bir-birinə kömək etməyə çalışır. Çox təəssüf ki, ölkəmizdəki insanlığa sığmayan davranış, “mədəniyyət” nümayiş etdirən bəzi xainlər, beşinci kolon öz nadürüst əməllərindən geri qalmır. Bu bədniyyətlər Azərbaycanın zərərlərini sayaraq sanki sevinir, xalqın bəladan qurtarmaq üçün bir yumruq kimi birləşdiyi vaxtda suyu bulandırmaqla, namərdliklə məşğuldurlar. Dövlətin çörəyini yeyən, suyunu içən bu bədxahlar ümümmilli facilərə sevinəcək qədər şərəf və ləyaqətlərini itirmiş hala gəliblər.

Azərbaycan xalqının tarixən dar gündə olanlara əl tutmaq, dayaq olmaz ənənəsi milli kökdən qaynaqlanır. Milli dəyərləri bilmək üçün milli-mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq lazımdır. Mənəviyyatı, zatı olmayanın niyyəti də bəllidir. Bədniyyət və paxıl hər zaman olub, min il, yüz il əvvəl də, indi də.

Xalqımızın müdrik bir deyimi var, paxıla Tanrı verməz, versə də qarnı doymaz. Gözü onun-bunun süfrəsində olan, həmişə gözü ac olan bu “müxalifət” və beşinci kolon xeyirxahlıq, yaxşılıq anlayışlarına yaddır. Onlar yaxşılıq edənə də mane olacaq qədər mənəvi mənliyini itirmiş insanlardır.

Azərbaycanda milli bir dəyər, həmrəylik indi daha güclüdür, hər kəs də mənəvi borcunu indiki çətin sınaqlarda ödəməyi özünə şərəf bilir. Bu gün hamı bir hədəfə vurur, bu bəladan qurtarmaq üçün ölkənin birinci şəxsindən tutmuş adi sıravi vətədaşa kimi bu çətin günlərdən qurtarmaq üçün bir yerdədir. Xalqın xeyirxahlığının simvoluna çevrilən Koronavirusla Mübarizəyə Dəstək Fondu da milli-mənəvi dəyərlərin ümid və inam, iman ünvanıdır. Bu, bir insanlıq borcudur, burada kimin hansı məbləğdə pul köçürməsi deyil, onun insanlıq naminə dəstəyi əsasıdr. Bu fonda vəsaitlərin köçürülmsəsi də könüllülük prinsipinə əsaslanır.

Təəssüf ki, belə bir həmrəylik təşəbbüsünün artdığı bir vaxtda xain və bədniyyət adamlar ağır bir günlərdə siyasi qərəzinin, kin və daxili küdurətini cilovlaya bilmir. İnsanların belə xeyirxahlığına kölgə salmaq ayıbdır, tərbiyəsizlik və mənəviyyatsızlıqdır.

Dövlətin malı xalqındır, xalqın malı xalqa qalır. Xalqın topladığı vəsaitin hər bir manatı da dövlətin ümumi iqtisadi və sosial problemlərinin həllinə, biznes qruplarına və sair sahələrə yönəldiləcək. Buna heç kimin şübhəsi olmasın, işçi qrupunun nümayəndələri ən kiçik detalları belə araşdırır, “korona böhran büdcəsi”ndən zərəri olan hər bir sahə faydalanacaq. Ancaq “müxalifət” və beşinci kolon hər zaman bir-birinin pulunu sayıb oğurlamaqla məşğul olur, xarici ağalarının verdiyi pulları bölüşdürəndə aralarında mərəkə düşür. Onların maliyyə mənbələri hər zaman özlərinin xisləti kimi qaranlıq və çirkli olub. Ancaq məlum olan odur ki, bu insanlar xaricdən aldığı pullar milli maraqların əleyhinə yönəldilib. Bu şəxslərin təbliğatı ilə məşğul olan, xarici kəşfiyyatın pullar hesabına fəaliyyət göstərir “Meydan TV”, “Azərbaycan saatı”, “Kanal 13” , “Turan” TV və digərlərində Azərbaycandakı milli birliyə, həmrəyliyə xələl gətirən süjetlərin verilməsi də xəyanətkarların, bədniyyətlərin əsil simasını göstərir.

Mənbə: newscenter.az