Baş Nazirdən koronavirusla bağlı müraciət: "Vəziyyət pisləşəcək"

Baş Nazirdən koronavirusla bağlı müraciət: "Vəziyyət pisləşəcək"

İngiltərənin Baş naziri Boris Conson vətəndaşlara məktub ünvanlayacaq.

Primetime.az xəbər verir ki, koronavirus testinin nəticəsi müsbət çıxan Baş nazir vətəndaşlara bu xəstəliklə bağlı müraciət ünvanlayacaq. Həmin müraciətdə əhalinin bu xəstəliklə necə mübarizə apara biləcəkləri, qorunmaq üçün nələr edə biləcəkləri bildiriləcək. Həmçinin hökumətin hansı tədbirləri gördüyü və görəcəyi də bildiriləcək.


Baş Nazirin məktubunda bu sözlərin də yer alacağı bildirilib: "Sizlə səmimi olmalıyam. İşlər yaxşılaşmazdan öncə daha da pisləşəcək. Əgər ölkə ərazisindəki ölümlər 20 minə çatmadan bitsə, bu çox yaxşı nəticə hesab ediləcək".


Qeyd edək ki, Böyük Britaniyada indiyə qədər 1019 nəfər koronavirusun qurbanı olub və bu rəqəmlərin 2-3 həftə ərzində daha da artacağı gözlənilir.

Mənbə: primetime.az