Nazir koronavirusa yoluxan polislərin SAYINI AÇIQLADI - VİDEO

Nazir koronavirusa yoluxan polislərin SAYINI AÇIQLADI - VİDEO

Türkiyədə koronavirusa yoluxanlar arasında 20-yə yaxın polisin olduğu bildirilib.

News24.az "Haberler"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib. O qeyd edib ki, həmin polislər arasında artıq sağalanlar da var:"Həm əlamətləri olan, həm də bəzi təmasda olan 20-yə yaxın üzvümüz mövcuddur. Onlardan sağalanlar da var. Dostlarımızın yanımızda və vəzifələrini davam etdirə bilməsi bizim üçün çox vacibdir. Bu ölkə üçün də çox önəmlidir. Təhlükəsizlik qüvvələri vasitəsi ilə bir çox əməliyyatı həyata keçirməyə çalışırıq".

 

Mənbə: news24.az